Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb
![Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb](https://anews.az/photo/850x500/2025/02/10/1739210107_spirtli-icki.jpg)
Saxta spirtli içkidən ölən Ankara sakinlərinin sayı 38-ə çatıb.Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ankarada tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.
Ankara məhkəmə instansiyalarının qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs olunub.
Bundan əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər ölmüşdü.
Ölümcül alkoqollu içkilərdən istifadə edə biləcək şəxslərin müəyyən olunması üçün xüsusi qruplar yaradılıb.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)