Bu park tələbələrin, şəhər əhalisinin istirahət məkanlarından biridir. Metronun "Elmlər Akademiyası" istiqamətində yerləşən universitetlərin tələbələrin, həmin ərazidə yaşayan sakinlərin dincəlmək, təmiz hava almaq, söhbətləşmək, balaca gəzinti keçirmək üçün daha çox üz tutduğu parkdır.
Yolumu bu parkdan salmışdım. Ürəyimdən dincəlmək, parkın skameykalarından birində əyləşib təmiz hava almaq, hovuz suyunun insanın əsəblərinə sakitlik gətirən səsini dinləyib rahatlamaq idi. Lakin burada gördüklərim heç də ürəkaçan olmadı. Quruyub yolunmuş, əyilərək digər ağacın üstünə düşmüş ağacları, susuz hovuzu, parkın sınıb çatlamış yer daşlarını görəndə burada dincəlməkdən daha çox parkın halına acıdım. Kameramı işə salıb fotoları çəkdim ki, ictimailəşdirəm və bəlkə hansısa cavabdeh qurum, yaxud səlahiyyətli şəxs bu parkın "dərdə düşdüyünü" görüb ona əlac elədi.
Fərqanə Novruzova
Fotolae müəllifindir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !