Bakı axşam saatlarında tamamilə ayrı bir dünyaya çevrilir. İşgüzarlıq simasını dəyişən paytaxta hüzur, rahatlıq, həzinlik çökür, hər yerdə yanan işıqlar, çılçıraqlar ayrı bir ovqat yaradır.
Xəzər üzərində şəhərə "hücum çəkən" sərin meh sakinlərə, qonaqlara günortanın qaynar istisindən sonra bir dərman kimi kömək olur. Ailəliklə, yaxud cüt-cüt gəzintiyə çıxanlar Bakı axşamlarının gözəllyindən bacardıqca daha çox ləzzət almaq, dincəlmək istəyirlər. Xüsusən, gündüzləri işləyib məzuniyyətə çıxmaq imkanı olmayanlar üçün axşamçağı gəzintisinin ayrı anlamı olur.
ANN.Az Bakı axşamlarını tərənnüm edən fotosessiyanı oxuculara təqdim edir.
Fotoların müəllifləri Fərqanə Novruzova və Samir Ələkbərovdur
Bizi sosial şəbəkələrdə izləyin !