I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir

12:11 | 30.12.2014
I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir

I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat yol-kompleksi üzrə təsdiq edilmiş tədbirlər planına əsasən Bakı-Ələt yolunun 4-6 kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir.

ANN.Az "APA-Economics”ə stinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Altı bağlantılı yolun uzunluğu 5 711 metr təşkil edir. Onlardan dördü 4 hərəkət zolaqlı, biri 3 hərəkət zolaqlı, digəri isə 6 hərəkət zolaqlıdır. Eyni zamanda bağlantıların birində avtomobillərin park edilməsi üçün nəzərdə tutulub. Yolboyu kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri də tikilib”, - deyə P. Mürsəliyev qeyd edib.  

Qeyd edək ki, bağlantı yolları su oyunları keçiriləcək arenada nəqliyyat vasitələrinin rahat giriş-çıxışını təmin etmək məqsədilə tikilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM