I sinfə qəbul üçün sənəd qəbulunun vaxtı uzadıldı

16:00 | 05.06.2015
I sinfə qəbul üçün sənəd qəbulunun vaxtı uzadıldı

I sinfə qəbul üçün sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycan paytaxtında I sinfə qəbulla bağlı aparılan sənəd qəbulu prosesinin vaxtı uzadılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-a verilən xəbərə görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.
 
İyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti