• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı başlayıb

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı başlayıb
01.10.2023 09:43
Oktyabrın 1-də Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısı öz işinə başlayıb.

"Kosmik həllərin siyasi gündəmə daxil edilməsi – siyasətçilər üçün vacibdir” mövzusunda keçirilən tədbirə Azərbaycan Milli Məclisi ev sahibliyi edir. Toplantıda Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri və digər şəxslər iştirak edirlər.

Tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparacaqlar. Birinci panel "İctimai xidmətlərin təkmilləşdirilməsində kosmik həllər”, ikinci panel "Fəlakətlər və risk üçün kosmik həllər”, üçüncü panel isə "Resursların idarə edilməsində kosmik həllər” adlanır.

Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.

Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

Azərbaycan bu tədbirə ilk dəfə 1973-cü ildə mərhum prezident Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Siyasət 06:13
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Siyasət 21:26
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol