İbizada ifrat varlı azərbaycanlıya hücum edildi

09:00 | 27.06.2019
İbizada ifrat varlı azərbaycanlıya hücum edildi

İbizada ifrat varlı azərbaycanlıya hücum edildi

İspaniyanın bütün dünyada məşhur olan İbiza kurortunda çox varlı azərbaycanlıya hücum edilib.
Anews.az "Daily Mail”ə istinadən xəbər verir ki, quldurlar 22 yaşlı azərbaycanlıya hücum edərək, onun 1,5 milyon avro qiyməti olan saatını oğurlaylblar.
Qarət edən şəxs hadisə yerindən qaçıb.
Şəhər polisi xəbər verir ki, oğurlanmış McLaren F1 saatından dünyada cəmi 75 ədəddir. Saatın çəkisi kəməri ilə birlikdə 40 qramdır.

"The Mirror" nəşrinin bildirdiyinə görə, Azərbaycandan olan ifrat varlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb. Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı superbahalı saatı götürərək qaçıb. Azərbaycandan olan turist qolundan və əlindən xəsarət alıb. Hadisədən dərhal sonra o, qaldığı otelə yollanıb və oradan polisə gedərək saatının oğurlandığı haqda məlumat verib.
Hazirda mətbuat İbizada 1.5 milyon dollarlıq saatı oğurlanan ifrat varlı azərbaycanlının kimliyini araşdırmağa çalışır.(vietualorg)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb