İcra Hakimiyyətində "zibil pulu" qalmaqalı - FOTO

15:36 | 07.11.2013
İcra Hakimiyyətində "zibil pulu" qalmaqalı - FOTO

İcra Hakimiyyətində "zibil pulu" qalmaqalı - FOTO

Xətai rayonu Əhmədli qəsəbə sakinləri ilə icra nümayəndəliyi arasında problem yaşanır. Bu barədə Qaynar.info-ya Əhmədlidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, qəsəbə icra nümayəndəsi Fəxrəddin Abbasov onlara arayışı satır. Bu rüşvəti isə "zibil pulu" adı ilə alır.Əhmədli sakinləri bildirilər ki, pul verməyən şəxslərə arayış verilmir: "Dünən Dövlət Sosial Müdafiə fonduna arayış təqdim etmək üçün qeydiyyatda olduğum Xətai rayonu, Əhmədli kənd qəsəbə nümayəndəliyinə müraciət etməli oldum. Mənə arayış verilməyin mümkünsüz olduğunu, yalnız zibil pulu qəbzinin gətiriləcəyi təqdirdə arayış verilə biləcəyini dedilər. Dəfələrlə vurğuladım ki, mən qeydiyyatda olsam da, həmin evdə yaşamıram və hazırda həmin evdə kimsə yoxdur ki, gedim qəbz gətirim. Kirayədə yaşadığımı və ünvanlı sosial yardım almaq üçün arayışa ehtiyacımın olduğunu diqqətə çatdırdım. İcra nümayəndəliyinin rəhbəri Fəxrəddin Abbasov bir daha arayış verilməyin mümkünsüz olduğunu bildirdi. Tələb etdim ki, zibil pulunun alınması ilə bağlı qeydiyyat kitabçasını təqdim edilsin. Üstünü toz basmış bir jurnal çıxardı və məlum oldu ki, nə mənim qeydiyyatda olduğum ünvan orda qeyd olunub, nə də neçə nəfərin yaşadığı. O ki, qaldı, zibil pulunun ödənilməsi qeyd oluna. Bir daha tələb etdim ki, əgər qeydiyyatda olmağım haqqında arayış verilmirsə, yaşamamağım haqqında arayış verilsin. Təbii ki, icra nümayəndəliyi bu addıma gedə bilməzdi, onun dərdi başqa idi. Elə bir az keçmişdi ki, nümayəndəlik qarşısında baş qaldıran hay-küy həmin fərqli niyyəti açıq-aşkar göstərdi".Şikayətçi Ələkbərova Gülnarə İslam qızı bildirir ki, icra nümayəndəsi arayışa görə 60 manat pul tələb edib: "Yoldaşım dünən gəlib arayış almağa, 60 manat pul istəyiblər zibil pulu adı ilə. O da 20 manat verib, deyiblər ki, sabah verəcəyik. Bu gün də mən gəlmişəm, deyirlər ki, qonşuların iştirakı ilə dörd nəfər akt tərtib etməlidir. Həmin aktda qeyd olunmalıdır ki, həqiqətən burada yaşayırsız. Mən də o aktı gətirdim. Yenidən deyirlər ki, 20 manat hörmət elə, verək arayışı”.Digər şikayətçi Əliyev Fuad Fərəc oğlu da bildirir ki, icra nümayəndəsi pulu vermədiyinə görə onu otağında qovub: "Gəlmişəm icra nümayəndəliyinə. Övladımı məktəbə qoymaq üçün arayış istəyirəm. Məndən pul istədi. Mən də bildirdim ki,  o qədər məbləğə imkanım çatmır. Deyir ki, onda otağımdan çıx bayıra. Mənə deyir ki, pul verməsən, arayış verilməyəcək, get kimə deyirsən, de". Əliyev Fuad onu da bildirdi ki, icra nümayəndəsi ilə otağında mübahisə etdiyinə görə, hadisə yerinə polis də çağırılıb. İcra nümayəndəsi isə etriazçıların sayının atdığını görüb otağını arxa qapıdan tərk edib. Xətai rayon Əhmədli qəsəbə icra nümayəndəsi Fəxrəddin Abbasovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM