Gədəbəy rayon icra başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev Vətən Müharibəsinin şəhidi Elfaq Nağıyevin xatirəsinə hörmətsizlik edib.
Axar.az xəbər verir ki, Feysbukda Elfaq Nağıyevin anım günü ilə bağlı edilən paylaşımda Gədəbəy İH nümayəndələrinin şəhidin məzarını ziyarət etdikləri yazılıb.
"Hər kəs gərək olduğu kimi danışa. İstər rayon rəhbərliyi, istərsə də yanında gələn digər dövlət işçiləri nə qardaşımın məzarını ziyarət etdi, nə də məktəbdəki anım tədbirinə qatıldı”.
Qeyd edək ki, Vətən Müharibəsinin şəhid giziri Elfaq Nağıyev 2020-ci il oktyabrın 21-də Xocavənddə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !