İcra hakmiyyəti yolların təmirinə 500 minə yaxın pul xərcləyəcək

Bərdə icra hakimiyyətinin şəhər nümayəndəliyi yollarda aparılacaq təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub. Bu barədə tednerlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi "KONEKS CONSTRUCTİON" MMC-dir.
Qalib şirkətə təmir işlərinin aparılmasına görə 483.678,7 AZN məbləğində pul ödəniləcək.
"KONEKS CONSTRUCTİON" şirkəti 2019-cü il yaradılıb. Şirkətin qanuni təmsilçisi Mehdi Fərzəliyevdir.
Şirkətin nizamnamə kapitalı 10 manatdır.
Gülnar
www.anews.az