"İctimai qınaq" funksiyasını daşıyan FOTOLAR

09:30 | 12.06.2015

"İctimai qınaq" funksiyasını daşıyan FOTOLAR

Bakının küçələrindən nə üçün zibil əskik olmur? Axı bütün günü süpürgəçi qadınlar işləyir, zibil maşınları qutuları boşaldır. Bunu görməmək, qeyd etməmək ədalətsizlik olar. Amma buna baxmayaraq, paytaxt zibildən, çör-çöpdən arınmır ki, arınmır. 

Yəqin, hörmətli oxucular da belə bir mənzərənin şahidi olub: qarşımızda gedən və yaşından, boy-buxunundan fərqli olmayaraq əlindəki kağızı, dondurma qutusunu, tum qalıqlarını, su butulkalarını yerə atır və heç kim də ona "niyə belə edirsən, niyə zibili yerə atırsan?" demir. Yəni, ictimai qınaq "sıfır" səviyyəsindədir. Ona görə də, təmizlik işlərinə cavabdeh olan işçilər nə qədər çox olsalar da, Bakının küçələrindən zibil əksik olmur.

ANN.Az-ın fotomüxbirinin hazırladığı növbəti fotosessiya "ictimai qınaq" funksiyasını daşıyacaq. Hər zibili, hər tullantını çəkib göstərmək istəyirik ki, mədəniyyətli olmağa cəhd edək və zibili yerə atmayaq. Axı, bunun üçün küçələrə zibil qutuları yerləşdiriblər. Onları görməyi bacaraq.

Fotoların müəllifi Fərqanə Novruzova

 

 
 
 
 




























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM