Laos Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Sienq Kuanq əyalətində qəzaya uğrayıb.APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Laos Müdafiə Nazirliyi məlumat yayıb.Təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər olub. Onların arasında Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və paytaxt Vyentyan şəhərinin meri də var. Ölənlərdən hələlik 9 nəfərin cəsədini tapmaq mümkün olub.Nümayəndə heyəti Laos Xalq Ordusunun ikinci diviziyasının 55 illik yubiley tədbirlərində iştirak etməyə gedirmiş. Faciə ilə əlaqədar bütün yubiley tədbirləri təxirə salınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !