Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli rayonuna səfəri başa çatıb.
Ombudsman Aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunun Qaraxanbəyli məzarlığında törədilən vandallıq aktı barədə qonaqlara məlumat verilib. Bildirib ki, Qaraxanbəyli kəndi birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb, meyitlər qəbirdən çıxarılaraq təhqir olunub, məzar daşları isə ərazidən daşınıb.
Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid öz tarixi memarlıq üslubu ilə seçilib. Məscidin memarı Qarabağ ərazisində bir neçə məscidin, həmçinin Şuşa şəhərindəki Yuxarı Göhər Ağa məscidinin memarı olub. Məscid barədə qonaqlara məlumat verilərkən, işğal dönəmində ermənilərin burada mal-qara saxlayaraq tövlə kimi istifadə etmələri xüsusilə vurğulanıb. Məscidlərdə donuz və mal-qara saxlanılmasının isə ermənilərin azərbaycanlıların dini inancına qarşı yönələn nifrətdən irəli gəldiyi vurğulanıb.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Füzuli rayonuna səfərləri zamanı işğaldan azad edildikdən sonra, inşa edilən Füzuli Beynəlxalq Hava Limanında da olublar.
Qonaqlara məlumat verilib ki, Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı minatəmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səvyyədə inşa edilib. O da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-i - Füzuli və Zəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır.
İƏT MDİHK nümayəndə heyəti səfərlərinin yekununda 30 ildən sonra, işğaldan azad edilən Füzuli şəhərində inşa edilən evlərə köçürülən sakinlərlə görüş keçirib.
12:46
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Füzuliyə səfər edib.
"Report”un məlumatına görə, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !