İflic cərrah xəstəni əməliyyat elədi

19:25 | 30.11.2013
İflic cərrah xəstəni əməliyyat elədi

İflic cərrah xəstəni əməliyyat elədi

 

ANN.Az-ın  “Daily News”a istinadən xəbər verir ki, bir neçə il əvvəl cərrah-ortoped Ted Rammel partlamış onurğa şişinə görə iflic olub. 

Bu səbəbdən də onun bədəninin aşağı hissəsi hərəkətsiz hala düşüb.  Bu hadisədən sonra yaxınları və onu tanıyan adamlar elə zənn ediblər ki, Ted Rammelin bütün həyatını həsr etdiyi karyerası üstündən xətt çəkildi. Ancaq doktor heç bir ümidini itirməyərək yenidən cərrah bıçağını əlinə almağın üsulunu tapıb. İndi iflic olmuş cərrah istənilən növ çətin əməliyyatların öhdəsindən gəlir.

İlk növbədə Ted Rammel hər gün xüsusi tapşırıqlar yerinə yetirməyə başlayır. O, həmişə ona dəstək olan ailəsiylə çox vaxt keçirir. Nəticədə vertikal vəziyyətdə onu saxlayan xüsusi əlil kreslosunun köməyi ilə cərrah yenidən öz işinə başlaya bilir. Həmkarları deyir ki, Rammel bütün bacarıqlarını saxlayıb və əlilliyə baxmayaraq, birinci dərəcəli cərrah olaraq qalır.

Ted anlayır ki, gələcəkdə çox çətinliklərlə üzləşməli olacaq, amma o, buna hazırdır. Həm də ailəsi ona çox böyük dəstək göstərir, Ted də bu dəstəyə görə onlara çox təşəkkür edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM