Bir müddət əvvəl ABŞ-da nəşr olunan nüfuzlu gündəlik qəzet "The Washington Post”da İordan çayının qərb sahilində yəhudi əhalinin yerləşdirilməsinə etiraz edən aktivistin Qarabağda yerləşdirilən erməni əhalisinin dəstəkçisi olması barədə məqalə dərc olunub. Məqalənin müəllifi Yucin (Yevgeniy) Kontroviç Şimal-qərbi universitetin hüquq professoru və konstitusiya və beynəlxalq hüquq üzrə ekspertdir, o həmçinin tez-tez ərəb-israil münaqişəsi barədə mühazirələr oxuyur. Məqaləni təqdim edirik:
"İsrailli məşhur boykot aktivisti həm də işğalçılığı, köçürməni dəstəkləyən qrupa başçılıq edir”.
"Code Pink” güclü şəkildə anti-İsrail fəaliyyəti ilə məşğul olan və əsasən boykot kampaniyası aparan məşhur ifrat-solçu qrupdur. Onların əsas kampaniyalarından biri "Ahava” gözəllik məhsullarına qarşı yönəlib, onlar buna səbəb kimi Qərb sahilində "qanunsuz İsrail məskənləri”nin salınmasını göstərirlər (Bu mübahisə mövzusu keçən il Birləşmiş Krallığın Ali Məhkəməsi tərəfindən rədd edilmişdi).
Ancaq boykot kampaniyasının əsas siması, "Code Pink”in üzvü Nensi Krikoryan həmçinin məskunlaşdırmanı dəstəkləyən xeyriyyə qrupunun lideridir, bunu mənim də əlaqələrimin olduğu "Kohelet Policy Forum” beyin mərkəzi aşkarlayıb. Buna görə, "Code Pink”, "Electronic Intifada” kimi anti-işğalçı kampaniya aparan təşkilatlar Krikoriyanla əlaqələrini kəsəcəklərmi bilmirəm, amma mənim dilimi dinc saxlamaq niyyətim yoxdur.
Krikoriyanın icraçı komitəsində təmsil olunduğu Ermənistan Ağac Layihəsi (The Armenia Tree Project) Dağlıq Qarabağda erməni nəzarətini təşviq edir, bu ərazi 1990-cı illərin əvvəllərində Azərbaycandan qoparılıb, nəticədə on minlərlə (ya da daha çox) azərbaycanlı məcburi köçkünə çevrilib. Ermənistan qızğın şəkildə bölgəyə erməni əhalisini köçməyə həvəsləndirir, rəsmi Bakı isə bunu kəskin şəkildə qınayır. Hələ də bölgədə iki tərəf bir-birini tez-tez gülləbaran edirlər.
Ermənistan Ağac Layihəsi işğal olunmuş ərazilərdə müxtəlif layihələri dəstəkləyir (Ermənilər ənənəvi olaraq Dağlıq Qarabağı Artsax adlandırırlar).
Ermənistan Ağac Layihəsinin Qarabağı dəstəkləməsi təəccüblü deyil. Artsax məsələsi ermənilər və Erməni disasporası arasında hədsiz populyardır. Mənim bildiyim qədəriylə Ermənistanda Qarabağdakı erməni məskunlaşdırmasına qarşı çıxan bir dənə də olsun "sülh hərəkatı” yoxdur. Ağac layihəsi Ermənistanda və Dağlıq Qarabağda Yəhudi Milli Fondunun erməni versiyası kimidir. Ancaq Ağac Layihəsi kimi təşkilat eyni məqsədlərlə İsraildə fəaliyyət göstərsəydi, "Code Pink” onu mütləq hədəfə alardı.
Sənin ürəyin istədiyin kimi davranmayanlara hücum etmək - bu, riyakarlıq hekayəsindən daha çox şey deməkdir. Klassik "riyakarlıq” hekayəsi - əxlaq keşikçisi olan siyasətçi tilova düşür. Digər tərəfdən isə riyakar ziddiyətli davranışlarını gizlətməyə çalşır. Necə ola bilər, Krikoriyan BMT-nin işğal edilmiş ərazi kimi tanıdığı əraziləri fəxrlə və ictimai şəkildə həm dəstəkləyir, həm də boykot edir.
İkincisi, tipik riyakar bir məsələni bütün dünya üçün etalon hesab edir, digər məsələdə isə gözlərini yumur. Belə ziddiyət də olarmış: "Code Pink” köçürmə siyasəti əleyhinə kampaniya aparan bir şəxsi özünə lider kimi qəbul etməkdə problem görmür – axı burada söhbət İsraildən gedir. Digər məsələlər isə istisnadır. "Code Pink” Krikoriyanla işləyərkən riyakarlıq etmədiyini düşünür, çünki onların İsrailə tətbiq etmək istədiyi prinsiplər ümumi qəbul edilən prinsiplərdir.
Mən sonda əlavə etmək istəyirəm ki, Dağlıq-Qarabağla bağlı beynəlxalq miqyasda qərarlar qəbul olunsa da, mən şəxsən Qarabağda erməni əhalisinin mövcudluğuna görə qəzəblənmirəm, çünki Qarabağla onları tarixi bağlılığı var. Hətta əgər biz başqa dünyada yaşasaydıq və bu dünyada Qarabağda erməni əhalisini boykot etsəydilər və onları bölgədən çıxarmaq istəsəydilər, mən bu cəhdləri heç bir vəchlə dəstəkləməzdim.
Tərcümə: Emin
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !