II Yelizaveta da Tvitterə qoşuldu – FOTO

13:13 | 25.10.2014
II Yelizaveta da Tvitterə qoşuldu – FOTO

II Yelizaveta da Tvitterə qoşuldu – FOTO

İngiltərə kraliçası II Yelizaveta Tvitter sosial şəbəkəsindən istifadə edərək ilk tvitini atıb.
 
88 yaşlı kraliça ilk tvitini “Britaniya Monarxiyası” (British Monarchy) hesabından istifadə edərək atıb.
 
Dünən Elm muzeyini ziyarət edərək “Məlumat dövrü” qalereyasının açılışını edən kraliça ilk tvitində bu sözləri yazıb: “Bu gün Elm muzeyində “Məlumat dövrü” sərgisini açdığıma şad oldum. Ümid edirəm ki, insanlar da ziyarət etdikləri üçün şad olacaqlar. Yelizaveta R.”.
 
Xatırladaq ki, “Britaniya Monarxiyası” hesabı kraliça və kral ailəsi ilə bağlı məlumatlar və fotoların paylaşıldığı rəsmi hesab kimi istifadə edilir.
Axar.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb