Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb. Belə ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.
Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yollardakı sürət həddinə əməl etmələri tövsiyə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !