İki məhbus xüsusi təyinatlı vaqondan necə qaçıb? – ŞOK PLANIN DETALLARI

08:36 | 25.10.2017
İki məhbus xüsusi təyinatlı vaqondan necə qaçıb? – ŞOK PLANIN DETALLARI

İki məhbus xüsusi təyinatlı vaqondan necə qaçıb? – ŞOK PLANIN DETALLARI

Ötən gün Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, artıq hadisə ilə bağlı 3 nəfər də saxlanılaraq istintaqa cəlb edilib.Xüsusi vaqonun pəncərəsini açan məhbuslar qatar dayanan kimi ordan çıxaraq qaçıblar.

Turkustan.info xezerxeber.az-a istinadən bildirir ki, Əli Ağami və Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar.

Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub. Artıq hadisə ilə bağlı pentensiar xidmətin 3 əməkdaşı saxlanılaraq istintaqa cəlb ediliblər. Bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.

Xatırladaq ki, qəsdən adam öldürmədə təqsirləndirilən Əli Ağami və Etibar Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 3azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM