İki prokuror təqaüdə göndərilib

17:49 | 10.07.2024
İki prokuror təqaüdə göndərilib

İki prokuror təqaüdə göndərilib

Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirov qulluqda olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onlar qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.

Onlara baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.

Görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti