Hindistanın şimalında Uttar Pradeş əyalətinin Çureb dəmiryol stansiyası yaxınlığında yük qatarı sərnişin qatarı ilə toqquşub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, olay nəticəsində 40 sərnişin ölüb, 130-dan çox sərnişin yaralanıb.
Mənbə bildirib ki, qəza yük qatarı sərnişin qatarının xətti ilə hərəkət etməsi nəticəsində baş verib. Sərnişin qatarının 6 vaqonu relsdən çıxıb.
Bu gün Hindistanın yeni baş naziri Narendra Modi and içib. O, “tvitter” səhifəsində qəza ilə bağlı məsul şəxslərə uyğun göstəriş verdiyini yazıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !