ABŞ-ın Nyu-York şəhərində maraqlı hadisə baş verib. Şəxsi adamdan alınan divanın içərisindən 40 min ABŞ dolları tapılıb. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, üç dost tərəfindən şərikli 20 dollara alınan divandan tapılan pul əvvəlki sahibinə qaytarılıb.Xeyirxah əməli həyata keçirən dostlar atdıqları addımı belə izah ediblər: “Biz bu pulu tapdıqdan sonra ailələrimizlə məsləhətləşdik. Onlar bizə pulu əvvəlki sahibinə geri qaytarmağı tövsiyyə etdilər. Biz də onların bu tövsiyyəsinə əməl etdik. 40 min ABŞ dollarının sahibi yaşlı qadın idi. Bu pulun bir hissəsi ona mərhum həyat yoldaşından qalıb, digər hissəsini isə o işlədiyi dövrdə yığıb”.Dostlar əlavə edib ki, ahıl qadın pulunu geri qaytaracağımızı eşidəndə çox sevinib: “ Yaşlı qadın bildirdi ki, o xəstəxanada olduğu müddətdə qızı qadının xəstəxana xərclərini ödəmək üçün divanı satmaq qərarıa gəlib. Pullarına qovuşduğu üçün sevinən həmin qadın bizə bu hərəkətimizə görə 1000 ABŞ dolları mükafat verdi”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !