İlahiyyatçı Hacı Salman həbs olunub - Yenilənib

18:31 | 25.06.2024
İlahiyyatçı Hacı Salman həbs olunub - Yenilənib

İlahiyyatçı Hacı Salman həbs olunub - Yenilənib

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə ilahiyyatçı barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
 
 09:41
 
İlahiyyatçı Hacı Salman Kamiloğlu azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə anews.az-a  etibarlı mənbə bildirib. 
 
Kamiloğluna qarşı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
 
İddia olunur ki, illahiyyatçı iyunun 22-də Masazırda 11 yaşlı qızı maşınına dəvət edərək seksual xarakterli hərəkətlər edib və hadisə həmin ərazidə kameralara düşüb. 

Aygün Mirakif 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM