Rəsmi dövlət qəzeti “Azərbaycan” 22 yanvar sayında yazır ki, 1995-2003-cü illərdə 7 amnistiya və 32 əfv sərəncamı ilə 21325 məhkum azadlığa qovuşub. "Media forum" xəbər verir ki, prezident İlham Əliyev 2003-cü ildən 2013-cü ilədək, yəni fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı imzalayıb: “Dövlət başçısının fərman və sərəncamlarına əsasən, indiyədək 5683 nəfərdən çox məhkum azadlığa buraxılıb. Sonuncu əfv sərəncamı 14 oktyabr 2013-cü ildə Qurban bayramı münasibəti ilə imzalanıb. 1995-ci ildən 2013-cü ilədək olan dövrdə sayca 55-ci əfv sərəncamı ilə 153 nəfər əfv olunub.Dövlət başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !