• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır”

İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır”
12.05.2014 15:31
“Azərbaycanla Fransanın əlaqələri çoxşaxəlidir. Əlaqələrimizin bundan sonra da inkişafı üçün əməkdaşlığımız davam edəcək. Bizim hər bir sahə üçün konkret prioritet proqramlarımız var, sənədlər imzalanacaq. Bunlar da bizə imkan verir ki, əlaqələrimiz çoxşaxəli istiqamətində inkişaf etsin”.APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün imzalanan sənədlər bizim əməkdaşlığımızın müxtəlif sahələrinin inkişafına xidmət edəcək: "Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, həm də regional əməkdaşlıq üçün yeni üfüqlər açır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahəyə gəldikdə, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır". Dövlət başçısı Azərbaycanın gələcək hədəflərindən də danışıb: “Növbəti illərdə bizim əsas prioritet istiqamətlərimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bizim digər hədəfimiz nəqliyyat sektorunun təkmilləşdirilməsi ilə bağlıdır. Fransanın bu sahədə çox gözəl təcrübəsi var. İnformasiya və telekommunikasiya da prioritet sahələrdən biridir,  bu sahədə də əməkdaşlıq edirik və edəcəyik. Həmçinin kosmik sahədə də əməkdaşlığımız davam etdiriləcək. Bundan başqa, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülüyün yenidən dirçəlməsi gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş tapmaq düzgün olmazdı”. Prezident İlham Əliyev enerji sektorunda da Fransa ilə əməkdaşlığın vacibliyindən söz açıb: “Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha böyük həcmdə işlər görməyə dəvət edirik”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
Siyasət 05:30
Ksenia Sobçak Sa­fa­rov qardaşlarının ölümünə etiraz edib
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis
Siyasət 04:59
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis

BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Siyasət 04:30
BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Siyasət 22:30
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Siyasət 20:13
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 19:20
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Zelenski İlham Əliyevə başsağlığı verib
Siyasət 19:00
Zelenski İlham Əliyevə başsağlığı verib
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Siyasət 17:46
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Siyasət 17:39
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol