İlham Əliyev: “Azərbaycan “Holland sindromu”na məruz qalmadı”

14:15 | 04.05.2015
İlham Əliyev: “Azərbaycan “Holland sindromu”na məruz qalmadı”

İlham Əliyev: “Azərbaycan “Holland sindromu”na məruz qalmadı”

"Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir. Müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır: "Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz "Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: "Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM