İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında

12:10 | 25.05.2015
İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında

İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 25-də Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.

 "Report”un xəbərinə görə, dövlət başçısı və xanımı əvvəlcə Atletlər kəndində olublar.

Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib. Bildirilib ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.
Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində olublar.

Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxıblar.
Bildirilib ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM