Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında energetika və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
Oxu.Az Bolqarıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq zamanı tərəflər iki ölkə arasında yaxşı münasibətlərin olduğunu və bir sıra məsələlər üzrə qarşılıqlı dialoqun inkişafını qeyd ediblər.
Azərbaycan prezidenti İlham Əliyev Boyko Borisovun dəvətini qəbul edib və cari ilin martın əvvəlində Bolqarıstana rəsmi səfər edəcəyinə söz verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !