İlham Əliyev Dünya İqtisadi Forumunda çıxış etdi

16:25 | 22.01.2015
İlham Əliyev Dünya İqtisadi Forumunda çıxış etdi

İlham Əliyev Dünya İqtisadi Forumunda çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Trend-in məlumatına görə, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və "Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular salınıb.

Hər il olduğu kimi bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən artıq nümayəndə qatılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM