İlham Əliyev: Dünyadakı vəziyyət daha da pisləşə bilər

23:26 | 24.11.2015
İlham Əliyev: Dünyadakı vəziyyət daha da pisləşə bilər

İlham Əliyev: Dünyadakı vəziyyət daha da pisləşə bilər

"Güclər nisbəti dəyişir”.

Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. 

Oxu.Az xəbər verir ki, bunu bu gün V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik təmin edilir. 

"Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. 

Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. 

Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir”, - prezident İlham Əliyev deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM