Azərbaycanda prezidentlik müddətinin artırılması təklif olunur

21:11 | 18.07.2016
Azərbaycanda prezidentlik müddətinin artırılması təklif olunur

Azərbaycanda prezidentlik müddətinin artırılması təklif olunur

Azərbaycanda prezident seçkilərində iştirak etməklə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur.
 
APA-nın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində qeyd olunub.
 
Layihədəki təkliflərdən biri də prezidentlik müddətinin "5” ildən "7” ilə qədər artırılması ilə bağlıdır.
 
Yeni dəyişiklik layihəsində Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək hüququ tanınması da təklif olunur.
 
Qeyd edək ki,  Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb