İlham Əliyev “Euronews”a müsahibə verdi

12:57 | 02.12.2014
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində "BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlətimizin başçısına sərgi haqqında məlumat verdi. Bildirildi ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Dövlətimizin başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış oldu.Prezident İlham Əliyev sərgidə "Euronews” telekanalının müxbirinə müsahibə verdi. Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür