Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatı təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatından imtina edib:
“Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !