"İmamzadə abidəsi bizim ümumxalq sərvətimizdir".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Gəncədə "İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, "İmamzadə" abidəsi bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir: "Azərbaycan xalqı əsrlər boyu ictimai siyasi quruluşdan asılı olmayaraq, bu abidəni qoruyub, qoruyur və bundan sonra da qoruyacaq. İmamzadə bizim milli sərvətimizdir". Müstəqillik illərində yüzlərlə məscid tikildiyini, Azərbaycanda bütün dini abidələrin yenidən qurulduğunu və dövlət tərəfindən qorunduğunu deyən Prezident İlham Əliyev Azərbaycan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, cəmiyyətin inkişafı üçün bu münasibətlərin əhəmiyyət kəsb etdiyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !