Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU

11:21 | 10.10.2022
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU

Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi oktyabrın 5-də 2024-cü il üçün "Müxtəliflik Vizası” Proqramının (Green Card) başlanmasını elan edib.

ABŞ-da daimi yaşamaq, təhsil almaq və çalışmaq hüququ qazandıran bu proqram hər il bütün dünyada həyata keçirilir. Bu il müraciətlərin son günü 8 noyabrdır.


1990-cı ildən bəri tətbiq olunan "Green Card” proqramının məqsədinin Amerika əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmaq olduğu açıqlanıb.


Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur, seçimin isə adi lotereya kimi təsadüfi qaydada aparıldığı bildirilir.


Lotereya proqramında iştirak üçün minimum tələblər isə 17 yaşdan yuxarı, orta məktəb təhsili olmaqdır.
 
Sakinlər arasında Green karta mütaciət etmələri ilə bağlı sorğu keçirdik.
 
Ətraflı videomaterialı diqqətinizə çatdırırıq:
 
 

 
Zeynalova Aytac
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb