ADU: Tələbələrə töhmətlə bağlı verilən verilən əmr saxtadır

15:30 | 01.06.2016
ADU: Tələbələrə töhmətlə bağlı verilən verilən əmr saxtadır

ADU: Tələbələrə töhmətlə bağlı verilən verilən əmr saxtadır

 

Sosial şəbəkədə Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin 14 tələbəsinin YAP-ın iclasında iştirak etmədiklərinə görə töhmət almaları ilə bağlı foto paylaşılıb. Tələbələr iclasda iştirak etmədiklərinə görə fakültə dekanı S.D.Vahabova tərəfindən  töhmət alıblar.

Sosial şəbəkədə dekan S.D.Vahabova tərəfindən 14 tələbəyə verilən töhmət əmri:
 
 

Məsələni araşdırmaq üçün ADU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.
 
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, məsələ araşdırılandan sonra məlum olub ki, sənət saxtadır: "Dekan bildirdi ki, bu sənədi o imzalamayıb. Sənəddən onun xəbəri belə yoxdu. Ümumiyyətlə, bizim universitetdə belə bir sənəd olmayıb. Sənədin kim tərəfindən yayılması ilə bağlı xəbərimiz yoxdur. Belə bir saxta sənədin yayılması ilə bağlı araşdırma davam etdirilir”. 
 
Orxan Aslanlı


 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb