2050-ci ilədək Azərbaycan emissiyaları 40% azaldacaq -Rəna Hümbətova

10:28 | 16.05.2024
2050-ci ilədək Azərbaycan emissiyaları 40% azaldacaq -Rəna Hümbətova

2050-ci ilədək Azərbaycan emissiyaları 40% azaldacaq -Rəna Hümbətova

2050-ci ilə qədər Azərbaycan emissiyaların 40% azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova deyib.

"2030-cu ilə qədər emisiyaların azaldılması 35% nəzərdə tutulub. 2050-ci ilə qədər bu prosesin 40%-ə çatmasını planlaşdırırıq. Qarabağda 0 emissiya zonası təsis etməyi planlaşdırırıq",- Rəna Hümbətova mayın 16-da deyib.

O vurğulayıb ki, 2030-cu ildə bərpa olunan enerji mənbələrindən 30% enerji əldə olunması nəzərdə tutulur.

Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM