2024-cü ilin yanvar-martında 325 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 3 ayda baş verən yol qəzalarında 446 nəfər zərər çəkib ki, bu da 2023-cü ilin 3 ayı ilə müqayisədə 10,6% azdır. Zərərçəkənlərin 159-u ölüb, 287-si yaralanıb.
Bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisələrinin 86,8%-i yaşayış məntəqələrində qeydə alınıb ki, burada da ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% azalaraq 117 nəfər olub, yaralananların sayı isə 15,2% azalaraq 268 nəfər təşkil edib.
Hesabat dövründə baş vermiş yol-nəqliyyat hadisələrinin 42,2%-i nəqliyyat vasitələrinin və piyadaların,
36,9 %-i bir neçə nəqliyyat vasitəsinin, 20,9 %-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə olub.
Bu hadisələr zamanı ölənlərin 79,9%-ni, yaralananların isə 72,1%-ni kişilər təşkil edib.
Bundan öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2024-cü ilin birinci rübündə Bakıda 90 yol nəqliyyat hadisəsi baş verdiyini açıqlamışdı.
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !