4 ayda neçə nəfərə uşağın doğulmasına görə, birdəfəlik müavinət ödənilib? - Rəsmi

10:35 | 16.05.2024
4 ayda neçə nəfərə uşağın doğulmasına görə, birdəfəlik müavinət ödənilib? - Rəsmi

4 ayda neçə nəfərə uşağın doğulmasına görə, birdəfəlik müavinət ödənilib? - Rəsmi

2024-cü ilin yanvar-aprelində 33 388 uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib. Bu barədə Fonddan məlumat verilib.
 
Bildirilib ki, dünyaya gələn uşaqların 15 683 nəfəri qız, 17 705 nəfəri isə oğlandır.
 
Ötən il  111 585 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. Dünyaya gələn uşaqların 52 143 nəfəri qız, 59 442 nəfəri isə oğlandır.
 
Ödənilən birdəfəlik müavinətin həcmi 500 manatdır və bu müavinət şəxsin müaricəti olmadan təyin edilir.
 
Aygün 










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM