İlham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi - VİDEO

09:53 | 25.11.2013
İlham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi - VİDEO

İlham Əliyev jurnalistlərlə görüşdə mühüm mesajlar verdi - VİDEO

“Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib.Əflatun Amaşov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlət başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib.Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu deyib.Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev yenidən “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırıb. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb, 1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində mühüm addım olub.O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda var. Bu gün Azərbaycanın demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmadığını deyən Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, hazırda Azərbaycanda internet istifadəçilərinin sayının 70 faizi keçdiyini, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsinin genişləndiriləcəyini, media nümayəndələrinin məişət problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırıb.“Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərdi. Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir”, - deyən Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib.“Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır”, - deyən dövlət başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə var.Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. “Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür”, - deyən Prezident İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səslənib. Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirən dövlət başçısı media işçilərinə yenidən onu “Jurnalistlərin dostu” seçdiklərinə görə təşəkkür edib. Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən “Ahıl” Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək azad mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışmış, mətbuatın inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.Görüşə yekun vuran Prezident İlham Əliyev jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli telekanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını və onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirmişdir. Dövlətimizin başçısı cəmiyyətdə müsbət meyillərin bərqərar olması, nikbin əhval-ruhiyyənin qorunub saxlanması üçün xəbər balansının qorunması ilə bağlı öz təkliflərini vermiş, ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkib.Müstəqillik tariximizlə bağlı əsərlərin yaradılmasına böyük ehtiyac olduğunu deyən Prezident İlham Əliyev bu mövzunun hər zaman gündəmdə saxlanmasının zəruri olduğunu deyib. Prezident İlham Əliyev bir daha mükafata görə minnətdarlığını bildirmiş, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.Sonda xatirə şəkli çəkdirilib.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM