İlham Əliyev Monteneqro prezidenti ilə görüşdü

11:05 | 12.06.2015
İlham Əliyev  Monteneqro prezidenti ilə görüşdü

İlham Əliyev Monteneqro prezidenti ilə görüşdü

Prezident İlham Әliyev I Avropa Oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün Azərbaycanda sәfәrdә olan Monteneqro prezidenti Filip Vuyanoviçlә görüşüb.

APA-nın məlumatına görə, görüşdә iki ölkә arasında әmәkdaşlığın yüksәk sәviyyәdә olduğu qeyd edilib, bu әlaqәlәrin daha da genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi üçün maraq vә imkanların mövcudluğu vurğulanıb. Birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.

Ermәnistan-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı danışıqlar prosesi әtrafında fikir mübadilәsi aparılıb. Dövlәt başçıları TAP vә TANAP layihәlәrinin hәyata keçirilmәsinin perspektivlәrini müzakirә ediblәr.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM