İlham Əliyev NATO rəsmisini qəbul etdi

14:02 | 08.07.2014
İlham Əliyev NATO rəsmisini qəbul etdi

İlham Əliyev NATO rəsmisini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

APA-nın xəbərinə görə, NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən C. Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev NATO baş qərargahına son səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, Azərbaycan ilə NATO arasında əlaqələrin razılıq doğurduğunu, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti