İlham Əliyev Oskara layiq görüldü - Türkiyədə

14:46 | 02.01.2015
İlham Əliyev Oskara layiq görüldü - Türkiyədə

İlham Əliyev Oskara layiq görüldü - Türkiyədə

Türkiyənin Medya İhtisas Gazeteçiləri Federasiyası (MİGFED) tərəfindən "Türkiyənin Uğur Oskarları” mükafatları açıqlanıb.
 
Virtualaz.org xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan "Uğur Oskarı”na layiq görülüb.
 
Təşkilatdan yayılan açıqlamada deyilir ki, siyasət, idman, diplomatiya, aktual problemlər, təhisil, səhiyyə, turizm, ətraf mühit, qadın, iqtisadiyyat, ərzaq və kənd təsərrüfatı kimi sahələri izləyən ixtisaslaşmış jurnalistlər tərəfindən bu sahələr üzrə uğur qazanmış şəxslərə "jurnalistlərin gözüylə” mükafatlar təyin edilib.
 
Mükafatları federasiyanın 33 nəfərdən təşkil olunmuş Yüksək Məşvərət Şurası müəyyən edib. Şura hesab edib ki, Rəcəb Tayyib Ərdoğan "türk xalqının əmanətinə sahib çıxaraq” Türkiyəni bütün sahələrdə irəli aparmaqda uğur qazanıb və dünya ölkələri ilə yarışmaq qabiliyyəti olan ölkəyə çevirib. Həmçinin Ərdoğan son 12 ildə girdiyi bütün seçkiləri udub və bu səbəbdən federasiya onu ilin dövlət adamı kimi "Uğur Oskarı”ına layiq görüb. Həmçinin keçmiş nəqliyyat naziri Binali Yıldırım, Ankara bələdiyyə başqanı Melik Gökçək də Uğur Oskarına layiq görülüblər.
 
Təşkilatın "Beynəlxalq Dostluq və Sülh Oskarları” kateqoriyasındakı mükafatlarına isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Edi Rama layiq görülüblər. Təşkilat bildirir ki, mükafatlar gələn ay Ankarada təşkil olunacaq mərasimdə təqdim olunacaq.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM