Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkiləri üçün Preizdent İlham Əliyevin namizəd kimi seçilməsini təsdiq edib. Bu barədə partiyanın keçirilən iclasında qərar qəbul olunub.
Prezidentliyə namizədin səlahiyyətli nümayəndələri YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov seçilib.
Seçkilərin digər namizədləri ilə bağlı hələlik siyahı açıqlanmayıb.
Prezident İLham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar preizdent seçkiləri olacaq.
Yanvarın 15-dən başlayaraq seçki ilə əlaqədar seçkiqabağı təşviqatın başlamasına start veriləcək.
Bundan əvvəl deputat Fəzail Ağamalı açıqlama verərək bildirib ki, onların partiyası(Ana Vətən) İlham Əliyevin namizədliyini irəli sürəcək.
Partiya rəhbərləri olan digər deputatlar isə hələlik kimin namizədliyini irəli sürəcəkləri ilə bağlı yekun qərar verməyib.
Milli Məclisin sonuncu iclasında-dekabrın 8-də bir neçə deputat müxalifətə səslənərək seçkilərdə iştirak etməyə dəvət edib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !