İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

18:45 | 05.09.2023
İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Slovakiyanın "Həmrəylik Halqası” STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirilib.

Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək "Smart village” – "Ağıllı kənd” layihəsinin önəmi vurğulanıb.

Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM