İlham Əliyev Xəzər regionunda İlin Dövlət Adamı elan olunub

09:45 | 06.12.2013
İlham Əliyev Xəzər regionunda İlin Dövlət Adamı elan olunub

İlham Əliyev Xəzər regionunda İlin Dövlət Adamı elan olunub

İstanbulda keçirilən III Xəzər Forumu başa çatdıqdan sonra mükafatlandırma və Qala gecə keçirilib.Gün.Az-ın məlumatına görə, təşkilatçı və sponsorlara mükafatların təqdim olunmasının ardından forumun fəxri qonaqları - Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım nitq söyləyiblər.Bunun ardınca Xəzər Forumunun müəyyənləşdirdiyi mükafatlar elan olunub.İlin Dövlət Adamı adına Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Prezident Adminidtrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova T. Yıldız təqdim edib.İlin Layihəsi Bakı-Tiflis-Qars dəmiryolu layihəsi elan olunub. Mükafatlar B. Yılıdrım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladzeyə təqdim olunub.Xəzər Elm Adamı tarixçi-professor Kamal Karpat elan olunub.Xəzər İdman Mükafatı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova verilib.İlin televiziya jurnalisti isə NTV-nin proqram aparıcısı Oğuz Haksevər elan ediliblər.Xəzər Sənət Mükafatı isə Azərbaycan sənətçisi Tünzalə Ağayevaya verlib.Sonda Türkiyədə çəkilmiş, Qarabağ müharibəsindən bəhs edən “Qafqaz” filmindən seçmə fraqmentlər nümayiş etdirilib. Filmin yaradıcı heyətinə də mükafat təqdim olunubANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb