İlham Əliyevdən sərəncam -13 milyon manat ayrıldı

19:56 | 18.09.2015
İlham Əliyevdən sərəncam -13 milyon manat ayrıldı

İlham Əliyevdən sərəncam -13 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, əhalinin içməli su təminatı yaxşılaşdırılıb, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb.

Dövlət başçısı Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Həmçinin prezidentin digər sərəncamı ilə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanmasına 10 milyon manat ayırıb.

Belə ki, prezident Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 (on) milyon manat ayrılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM