İlham Əliyevdən təbrik məktubu

22:25 | 15.04.2015
İlham Əliyevdən təbrik məktubu

İlham Əliyevdən təbrik məktubu

Bu gün Bakıda Çanaqqala savaşından bəhs edən "Son məktub” filminin təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbir çərçivəsində, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
 
Məktubda deyilir: 

"Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir. İqtisadi-siyasi, mədəni əlaqələrimiz durmadan genişləndirilir. Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır. Belə şəraitdə keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir. Tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ideyalarının aşılanması əhəmiyyətli olduğu üçün ümumbəşəri dəyərlərin və mədəniyyətlər arası dialoqun təşviqi də indiki nəsillərin qarşısında duran mühüm vəzifələrdən biridir. İnanıram ki, təqdim olunan bu film, həm də nəcib amalların reallaşmasına xidmət göstərəcək. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edir, yaradıcı heyətə yeni-yeni uğurlar arzulayıram”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM