Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə görüşündə aktyor Tahir İmanovun fikirlərinə də cavab verib. "Qafqazinfo" xəbər verir ki, o, aktyor və qardaşına qadağa qoyan telekanallardan da danışıb.
- Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".
Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.
Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.
Tahir İmanov: Təşəkkür edirik.
Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.
Tahir İmanov: Çox sağ olun.
Prezident İlham Əliyev: Qaldı Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı məsələyə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir.
Tahir İmanov: Təşəkkür edirəm.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !