İlham Mirzəyevdən XƏBƏR VAR

22:26 | 14.08.2015
İlham Mirzəyevdən XƏBƏR VAR

İlham Mirzəyevdən XƏBƏR VAR

Teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdə dəyişiklik edilib.
 
"modern.az"ın verdiyi məlumata görə, Ali Məhkəmədə teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kasasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarına əsasən İ.Mirzəyevin cəzası 3 il 6 aya endirilib. 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür