Əvvəllər insana mümkünsüz kimi gələn bəzi məqamları alimlər reallaşdıra bilirlər. Ən gözlənilməz kəşflərə isə son illərdə tibb işçiləri imza atırlar.
ANN.Az ANS PRESS-ə istinadən ilin ən önəmli 5 tibbi kəşfini təqdim edir.
İnsan beyni olan siçan
Onlara insan beyninin hüceyrələri yeridilir. Belə çıxır ki, onlar bundan sonra bir az ağıllanırlar. Alimlər qrupuna rəhbərlik edən Stiven Qoldmanın sözlərinə görə, belə heyvanlar doğurdan da daha da inkişaf etmiş olur: yaddaşları yaxşılaşır, hər şeyi daha tez öyrənirlər.
Ebola vaksini
Düzdür minlərlə insanın ölümünə səbəb olan xəstəliklə mübarizə üçün vaksin hələ tam hazır deyil. Onun üzərində iş artıq yekunlaşmaq üzrədir. Onu rusiyalı alimlər hazırlayıblar. İşlər Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında aparılır.
Üç valideynli uşaq
Alimlər bu yolla körpələri ağır genetik xəstəliklərdən qorumağa çalışırlar. Statistikaya görə, 6500 uşaqdan biri mintoxondrial pozğunluqla doğulur. Bu isə əzələ distrofiyası, korluq, ürək qüsurlarına səbəb olur. Körpələrin genetik xəstəliklərin daşıyıcısı olmaması üçün genetiklər yeni mayalanma texnologiyası hazırlayıblar. Burada atanın sperması, ana və donor qadının yumurtalıqlarından istifadə edilir.
Robot cərrah
Bu əməliyyatlar insan bədəninin cərrahların belə əməliyyat edə bilmədiyi təhlükəli hissələrində aparıla bilər. Məsələn, kəllə beyin, boyun nayihəsində. Belə ki, adıçəkilən bölgədəki damarlar, sinir və üz əzələləri çox həssasdırlar.
Kaliforniya Universitetinin alimləri cərrah robot hazırlayıblar. O, 3D kameralarla idarə edilir və mikro barmaqlarla işləyir.
Tənhalıq geni
Pekin Universitetinin alimləri 5-HTA1 genini tapıblar. Uzun araşdırmalardan sonra onun heç də hamıda olmadığı ortaya çıxıb. Bu genin daşıyıcıları adətən tənhalıqdan əziyyət çəkir. Genin iki tipi var - G və C. Birincilər yalnızlığa daha çox meyilli olurlar.
Onların beynində xoşbəxtlik hormonu olaraq tanınan serotin istehsalı daha az olur. Onlar başqaları ilə daha çətin ünsiyyət qururlar, depressiyadan əziyyət çəkir, kiminləsə birlikdə yaşaya bilmirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !